SOSIAL ÖZ XƏBƏR

Koton Azərbaycan mağazasına narazılıq: “Bizə qüsurlu məhsul sata bilərlər, amma qaytardıqda bəhanə gətirirlər”

Sosial şəbəkələrdə Koton Azərbaycan Əhmədli filialı ilə bağlı narazılıq paylaşılıb.

32gun.az bildirir ki, İddialara görə, mağazadan kompaniya müddətində alınan şalvarda qüsur aşkarlanıb, lakin müştərinin problemi düzgün şəkildə həll olunmayıb.

Şikayətçi bildirib ki, məhsul mağazada kişi tərəfindən geyinildiyi üçün qüsur tam incələnmədən, sadəcə ütülə həll edilə biləcəyini düşünüb və həmin vaxt mağaza bağlanmaq üzrə olduğundan (saat 21:45) problem yaratmayıb:

“İnstagram üzərindən şöbə rəhbərləri ilə danışdım, dedilər ki, problem məhsuldan qaynaqlanarsa, dəyişdirəcəklər. Mağazada da ‘qüsurlu olduğu təsdiqlənsə, dərhal dəyişərik’ deyildi. Mən də dedim ki, 2-3 gün araşdırma aparmalarına etirazım yoxdur, amma kassir ehtiyac olmadığını söylədi.”

Şikayətçinin sözlərinə görə, daha sonra kassir məhsulun kompaniya dövründə alındığı üçün dəyişdirilsə belə, yeni qiyməti ilə ödəniş etməli olduğunu bildirib:

> “Bu yanaşmaya görə məhsulu qaytarmağa məcbur oldum. Menecerin dediklərinə əsasən demək olar ki, onlar bizə qüsurlu məhsul sata bilər, amma müştəri hər detalı yoxlamalıdır ki, sonra Koton kimi tanınmış mağazaların uydurduğu qaydalarla nə əsəbini, nə də vaxtını itirməsin.”

Müştəri mağazadan peşəkar yanaşma və istehlakçı hüquqlarına hörmət göstərilməsini tələb edir.

Ayaz 

Oxşar Xəbərlər