Sosial şəbəkələrdə bir vətəndaş karqo şirkətinin xidmətindən narazılığını bildirib.
32gun.az bildirir ki, Xumar adlı istifadəçi qeyd edib ki, xaricdən sifariş etdiyi məhsul artıq 20 gündür anbarda qalıb, lakin şirkət tərəfindən nə çatdırılır, nə də düzgün məlumat verilmir.
Şikayətçi yazır:
“Ayın 1-dən məhsulum xarici anbara çatıb, bəyan da etmişdim, sadəcə karqoya verilməsini gözləyirdim. Zəng edib soruşanda deyirlər, ‘yenidən bəyan edin, Azərpoçtdan gəlməlidir’. Yenidən vururlar sistemə, amma yenə də eyni hal. Mən bunlardan bezdim, bunlar isə öz məsuliyyətsizliklərindən bezmirlər. Allah insaf versin. 20 gündür məhsulum oradadır. 20 dəqiqədir zəng edirəm, açan yoxdur!”
İstifadəçi bildirib ki, şirkətin həm müştəri xidməti zəifdir, həm də anbardakı gecikmələr müştərilərə ciddi narahatlıq yaradır.
Hazırda sözügedən paylaşım sosial şəbəkələrdə bir çox izləyicilər tərəfindən dəstəklənib, digər vətəndaşlar da oxşar problemlərlə qarşılaşdıqlarını qeyd ediblər.
Ayaz