SOSIAL ÖZ XƏBƏR

Dini maarifləndirmə tədbirləri üçün 237.613 AZN

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən dini maarifləndirmə tədbirlərinin təşkili üçün açıq tenderin qalibi “GLOSSY” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

32gun.az xəbər verir ki, tərəflər arasında bağlanacaq müqavilənin dəyəri  237.613,06 AZN təşkil edir.

Tender çərçivəsində aşağıdakı kimi xidmət və mallar təmin olunacaq:

Səhnənin icarəsi və işıqlandırılması, LED monitor və səsgücləndirici sistemlərin quraşdırılması

Mikrofon və kürsü icarəsi, suflor monitorlarının təmin edilməsi

Tədbirin dizayn işləri, proqram, qələm, döş nişanı, xüsusi kağız qovluq və karton çantaların hazırlanması və çapı

Qeyd kitabçası və 30 rayon üzrə tədbirlər üçün zəruri materialların təmin edilməsi

Konfrans zalında çıxışçılar üçün mineral su təminatı və.sairə...

Şirkətin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Aysel Nəcəfzadə Namıq qızıdır.

Bu tender ölkə üzrə dini maarifləndirmə tədbirlərinin təşkilində genişmiqyaslı xidmətlərin həyata keçirilməsini təmin edəcək.

Ayaz 

Oxşar Xəbərlər