HADİSƏ

Boğazında xurma qalan gənc öldü

Şəmkirdə boğazında xurma qalan 28 yaşlı oğlan ölüb.

"32gun.az"ın məlumatına görə, hadisə rayonun Qapanlı kəndində baş verib. Kənd sakini 1997-ci il təvəllüdlü Ənvər Cəfərov yaşadığı evdə xurma yeyərkən xurma onun nəfər borusuna düşüb. 28 yaşlı oğlan xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Fakt araşdırılır.

Oxşar Xəbərlər