ÖZ XƏBƏR

"Hermes" müştərilərə qarşı casusluq etməkdə ittiham olunur

Lüks brend Hermes müştərilərini izləməkdə ittiham olunub.

32gun.az bildirir ki, Bu barədə Glitz xəbər verib.
Brendin əməkdaşları müştərilərin ev ünvanlarını araşdıraraq onların maliyyə vəziyyətini müəyyənləşdirirlər. Bundan əlavə, onlar sosial şəbəkələrini izləyir və əgər müştəri hesabında çantasını satarsa, həmin şəxs brendin “qara siyahısına” düşür.
“Hər yeni müştəri avtomatik olaraq şübhəli hesab olunur. Satış planını həyata keçirmək üçün ‘uyğun’ müştərini müəyyənləşdirməkdə əməkdaşlar əsasən Audemars Piguet və ya Richard Mille saatlarına baxırlar, parlaq Rolex isə etibarsızlıq yarada bilər,” — deyə mənbə bildirib.
2025-ci ilin iyul ayında onlayn-auksionda Fransız Hermes evinin aktrisa Jane Birkin üçün xüsusi olaraq hazırladığı Birkin çantası satılıb. Auksion saytında qeyd olunub ki, çantanın yekun qiyməti 8 582 500 avro olub.
Jane Birkin karyerası boyunca 80-dən çox filmə çəkilib və 20 musiqi albomu buraxaraq stil ikonu kimi tanınıb. 1984-cü ildə Fransız moda evi Hermes onun şərəfinə Birkin çantasını yaratmış və bu model dünya miqyasında məşhur olub. Birkin çantası brendin ən çox tələb olunan modellərindən biri olaraq qalır.
Ayaz 

Oxşar Xəbərlər