DÜNYA ÖZ XƏBƏR

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

Rusiya Qazaxıstana dörd Amur pələngi verəcək

Rusiya Qazaxıstana bu ölkə ərazisində bu yırtıcının yaxın qohumunun populyasiyasını bərpa etmək məqsədilə dörd Amur pələngi verəcək.

32gun.az bildirir ki, bu barədə Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Müvafiq razılaşma Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Moskvaya dövlət səfəri zamanı əldə olunub. Heyvanların Qazaxıstana təhvil verilməsi və adaptasiyası ilə bağlı fəaliyyət planını Qazaxıstanın ekologiya naziri Erlan Nısanbayev və Rusiyanın ekologiya naziri Aleksandr Kozlov imzalayıblar.

Razılaşmaya əsasən, Rusiya Qazaxıstana iki dişi və iki erkək Amur pələngi göndərəcək. Onlar artıq bu növdən olan digər fərdlərin yerləşdirildiyi “İle-Balxaş” Dövlət Təbiət Qoruğuna aparılacaq.

Nazirliyin məlumatına görə, proqramın uğurla həyata keçirilməsi Qazaxıstanı pələngi onun məhv olduğu bölgəyə qaytara bilən ilk ölkələrdən birinə çevirəcək.

Amur pələngləri 1948-ci ilə qədər Qazaxıstanda yaşamış, lakin sonradan nəsli kəsilmiş turan pələnglərinin ən yaxın qohumları hesab olunur.

Xatırladaq ki, bu ilin fevralında Rusiyanın “Roszapovedcenter” qurumu məlumat yayaraq bildirmişdi ki, ekologlar Qazaxıstana Amur pələnglərinin köçürülməsi planını hazırlayıblar. İki ölkə mütəxəssislərinin pələng populyasiyasını bərpa proqramı 2018-ci ildən həyata keçirilir. Həmin vaxtdan bəri “İle-Balxaş” qoruğunda pələnglərin yerləşdirilməsi üçün xüsusi şərait yaradılıb.

Nilay 

Oxşar Xəbərlər