Budapeşt sakini saxta xeyriyyə fondu əməkdaşına inanaraq az qala körpəsini itirirəcəkmiş.
32gun.az xəbər verir ki, hadisə barədə The Jerusalem Post yerli KİV-ə istinadla məlumat yayıb.
Hadisədən bir neçə gün əvvəl 31 yaşlı qadın körpə anası ilə tanış olaraq ona uşaq geyimləri və aptek kuponları təklif edib. Daha sonra o, ailənin evinə gələrək hədiyyələri qonşu evdən götürmək lazım olduğunu, bu müddətdə isə uşaqlara özü nəzarət edəcəyini bildirib.
Ana razılaşıb, lakin 20 dəqiqə sonra evə qayıtdıqda nə qadını, nə də körpəsini tapıb. Məlum olub ki, “xeyriyyəçi” qadın körpəni oğurlayaraq evinə aparıb.
Bir müddət sonra o, yaxınlarına uşağı tərk etmək istəmədiyini deyib, lakin daha sonra körpəni tibb işçilərinə təhvil verib. İki gün sonra qadın yenidən uşağın anası ilə görüşüb və həmin vaxt polis tərəfindən saxlanılıb.
“Mənim uşağım ola bilmir, buna görə körpəni oğurladım, amma artıq peşmanam”, – deyə qadın istintaq zamanı bildirib.
Hazırda istintaq orqanları hadisənin bütün detalları araşdırır, həmçinin psixiatriya ekspertizasının nəticələri gözlənilir. Bu nəticələr qadına veriləcək cəzanın dərəcəsinə təsir göstərə bilər.
Nilay