SOSIAL
"Lukoil"də kartla ödənişlərdə problem yarandı
Bakıda fəaliyyət göstərən "Lukoil" yanacaqdoldurma məntəqələrində kartla ödənişlərdə problem yaranıb.
Bu barədə "Unikal"a sürücülər məlumat verib. Məlumata görə, müştərilərə yalnız nağd ödəniş edə biləcəkləri bildirilib.
Bu səbəbdən yanacaqdoldurma məntəqələrində hazırda sıxlıq yaranıb.