DÜNYA
Paşinyan bu tarixdə Qazaxıstana gedəcək
Ermənistanın Baş naziri Nikol Paşinyanın Qazaxıstana rəsmi səfərinin tarixi açıqlanıb.
"32gun.az" xəbər verir ki, Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə 20-21 noyabr tarixlərində Astanaya səfər edəcək.
Səfərin gündəliyinə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə etmək üçün danışıqlar daxildir.