Sverdlovsk vilayətinin Perovralısk şəhərində əlində qumbara olduğunu bildirərək partlayışla hədələyən kişinin hərəkətlərindən heç kimin zərər görmədiyi məlum olub.
32gun.az bildirir ki, bu barədə regionun DİN Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Gorelıx TASS-a açıqlama verib.
Onun sözlərinə görə, qeyri-adekvat davranış sərgiləyən şəxs saxlanılıb və dindirilmək üçün polis bölməsinə gətirilib: “Xoşbəxtlikdən, onun qanunsuz hərəkətləri nəticəsində xəsarət alan olmayıb”.
Hadisədən bir qədər əvvəl hüquq-mühafizə orqanları kişinin gizləndiyi mənzili xüsusi əməliyyatla ələ keçirərək onu zərərsizləşdiriblər. Saxlanılan zaman şəxsin nədənsə şalvarsız olduğu bildirilir.
İnsident Malışev küçəsində baş verib. İlkin məlumata görə, polis həmin ünvana kişini saxlamak üçün gəlib, lakin o, özünü mənzilə kilidləyərək birlikdə yaşadığı qadını girov götürüb.
Ayaz