ÖZ XƏBƏR
Ulu Öndərin çətin həyat şəraitindən danışdığı arxiv görüntüsü həm kövrəltdi, həm də gülümsətdi
Ümummilli lider Heydər Əliyevin arxiv görüntülərindən ibarət video sosial şəbəkələrdə böyük maraq doğurub və qısa zamanda viral olub.
32gun.az xəbər verir ki, izləyicilər videonu həm kövrək hisslərlə, həm də xoş təbəssümlə qarşılayıblar.
Kadrlarda Heydər Əliyevin Moskvadan qayıtdıqdan sonra Naxçıvanda yaşadığı çətin şəraitdən bəhs etməsi xüsusi diqqət çəkib. O, həmin illərdə oğlu İlham Əliyevlə birlikdə qarşılaşdıqları məhrumiyyətləri xatırlayarkən “Belə şəraitlə yaşayırdı, amma çox şirin yaşayırdıq” ifadəsini işlədib.
İstifadəçilər bu səmimi xatirəni böyük nostalji ilə qarşılayıb, videonun paylaşım bölməsində minlərlə müsbət rəy bildirilib.
Ayaz