ÖZ XƏBƏR

Dövlət Reklam Agentliyi xərcləri artırır: geyim, SMS və montaj üçün 245 min manat

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi publik hüquqi şəxsi növbəti dəfə diqqətçəkən satınalmalarla gündəmə gəlib.

32gun.az xəbər verir ki,  qurum texniki işçilər üçün yeni geyim formalarına 40.621,50 manat, SMS xidmətinin satın alınmasına 73.160 manat, montaj və demontaj mallarına isə 131.556,46 manat vəsait ayırmağı planlaşdırır.

Beləliklə, Agentliyin yalnız bu üç istiqamət üzrə xərclərinin 245 min manata yaxın olacağı ehtimal edilir. 

Nilay

Oxşar Xəbərlər