Hansı oyuncaqlar evdə olmamalıdır? – Yaşa və cinsə görə riskli seçimlər
Oyuncaqlar uşaqların inkişafında mühüm rol oynasa da, düzgün seçilmədikdə təhlükə mənbəyinə çevrilə bilər. Xüsusilə yaşa uyğun olmayan və keyfiyyətsiz oyuncaqlar valideynləri narahat etməlidir.
Hansı oyuncaqlar risklidir? Yaş faktorunun rolu
Kəskin uclu, xırda detallı, səs və işıq effekti həddindən artıq olan oyuncaqlar uşaqlarda qorxu və diqqət pozuntusu yarada bilər. Kimyəvi qoxusu olan plastik oyuncaqlar isə sağlamlıq üçün təhlükəlidir.
0–3 yaş arası uşaqlar üçün udula bilən hissələri olan oyuncaqlar qətiyyən tövsiyə edilmir. Daha böyük yaşlarda isə zorakılıq təbliğ edən oyuncaqlar psixoloji təsir göstərə bilər.
Qız və oğlan fərqi varmı?
Mütəxəssislər oyuncaqları cinsə görə deyil, funksiyasına görə seçməyi tövsiyə edir.
Ekspert rəyi:
Pediatr Sevinc Əliyeva 32gun.az-a danışarkən bildirib ki, “oyuncağın üzərində yaş göstəricisinin olması kifayət deyil. Valideyn oyuncağın materialına və uşağın davranışına təsirinə də diqqət yetirməlidir”.
Nilay