
SOSIAL
SON DƏQİQƏ! “Bandotdel”in şöbə müdiri yeni vəzifəyə TƏYİN EDİLDİ
Azərbaycan Atıcılıq Federasiyasına yeni vitse-prezident təyinatı olub.
32gun.az xəbər verir ki, sabiq polis polkovnik-leytenantı Tofiq Bəylərov bu qurumun üçüncü vitse-prezidenti olub.
Xatırladaq ki, Atıcılıq Federasiyasının prezidenti daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovdur. Digər iki vitse-prezident daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev və stend atıcılığı üzrə olimpiya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və polis polkovniki olan Zemfira Meftahəddinovadır. //oxu.az