DÜNYA

Ərdoğan "heç vaxt görüşməyəcəm" dediyi Misir prezidenti ilə görüşdü (VİDEO)

Dünya Çempionatının açılışı üçün dəvət aldığı Qətərə gedən Türkiyə prezidenti Ərdoğan paytaxt Dohadakı qəbulda liderlərlə görüşüb.

32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğanın görüşdüyü adlar arasında Misir prezidenti Əbdülfəttah əs-Sisi də olub.

Bu çərçivədə prezident Ərdoğan Misir prezidenti Əbdülfettah əs-Sisi ilə əl sıxışaraq söhbət edib. Bu qısa görüş Sisi 2013-cü il iyulun 3-də Baş Qərargah rəisi olduğu zaman Misirdə hakimiyyətə gəldikdən sonra Türkiyə ilə Misir arasında ən yüksək səviyyəli təmas kimi qeydə alınıb.

Digər tərəfdən, Ərdoğanın Sisi ilə əl sıxışan fotosu da sosial mediada müzakirə olunub. Türkiyə liderinin Sisi üçün dediyi sözlər yenidən gündəmə çevrilib.

“Məni barışdırmağa çalışırlar, amma heç vaxt görüşməyəcəm”.

Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğanın Sisidən sonra Suriya prezidenti Bəşər Əsədlə də görüşəcəyi gözlənilir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər