DÜNYA
"Biz icazə ilə işləmirik" - Ərdoğandan sərt CAVAB
İstiqlal küçəsindəki terror aktından sonra Türkiyə Silahlı Qüvvələri (TSK) Suriya və İraqın şimalında “Pəncə-Qılınc” əməliyyatı həyata keçirib.
32gun.az yerli mediaya istinadən xəbər verir ki, “Pəncə-Qılınc” Hava Hərəkatına münasibət bildirən prezident Ərdoğan, əməliyyatdan əvvəl ABŞ prezidenti Co Bayden və Rusiya lideri Putinlə danışdınızmı? sualına, “İcazə ilə işləmirik. Əgər addım atacağıqsa, buna biz qərar veririk və bu addımı da atırıq" - deyə, cavab verib.
Nurlan Şiraliyev