DÜNYA
Millət vəkili bıçaqlandı - Xəstəxanaya aparıldı (FOTO)
Yenilik Partiyasının sədri Öztürk Yılmaz Ankarada bıçaqlı hücuma məruz qalıb.
32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, ofisinə görüşə gələn naməlum şəxs tərəfindən bıçaqlanıb. Omba nahiyəsindən yaralanan millət vəkili xəstəxanaya aparılıb.
CHP-nin keçmiş millət vəkili Ensar Öğüt açıqlama verərək, "Öztürk Yılmaz huşunu itirdi, amma vəziyyəti hazırda yaxşıdır" deyə, bildirib.

Polis millət vəkilinə hücum edən şəxsin axtarışlarına başlayıb.

Ömər