DÜNYA

İmamoğlu 2 il 7 ay həbs cəzasına məhkum edildi

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Yüksək Seçki Komissiyası (YSK) üzvlərini təhqir etməsi iddiası ilə bağlı cinayət məsuliyyətinə cəlb olunduğu iş üzrə qərar verilib.

32gun.az Türkiyə KİV-nə istinadn bildirir ki, İmamoğlu heç bir azalma olmadan 2 il 7 ay 15 gün həbs cəzasına məhkum edilib.

İmamoğlu həmçinin Türkiyə Cəza Məcəlləsinin 53-cü maddəsinə əsasən siyasətdən uzaqlaşdırılacaq. Qərar apellyasiya şikayəti və Ali Məhkəmə proseslərindən sonra yekunlaşacaq.

Bildirilir ki, qərardan sonra İBB sədri Əkrəm İmamoğlunun həbsxanaya getməsi gözlənilmir. İmamoğlu tərəfinin isə qərardan apellyasiya şikayəti vermək hüququ var. İmamoğlunun vəkillərinin qərarı regional apellyasiya məhkəməsinə çıxaracağı bildirilir.

Nilay

Oxşar Xəbərlər