
Türkyənin paytaxtı Ankarada dəhşətli hadisə baş verib. 91 yaşlı Münəvvər Güneysu baxıcı 77 yaşlı C.C və onun oğlu tərəfindən döyülüb, müxtəlif işgəncələrə məruz qalıb.
32gun.az Türiyə KİV-n istinadn bildirir ki, 54 yaşlı oğlu S.C 54 yaşlı oğlu yaşlı qadının başına qaynar yemək tökdüyü də iddia olunub.
Güneysunun yaşadığı zorakılığı qızı və nəvələri görüb.
Yaşlı qadının nəvəsi Derya Yılmaz baxıcıları necə işə götürdüklərini danışarkən bunları qeyd edib:
“İki ay əvvəl nənəm bu adamları qohum olduqları üçün çağırıb dedi ki, mənə baxarsan? və nənəmə deyirlər: “Əlbəttə, gəlib baxarıq.
Daha sonra bu xanım evdə özü və oğlu ilə qaldığı üçün ondan oğlunu qəbul etməsini xahiş edir. Nənəm də qohumluq əlaqəsi olduğu üçün “yaxşı” deyir. Oğlu ilə gəlib nənəmə baxırlar”, - deyə o bildirib.
"Nənəm bacıma zəng edir ki, "Qızım deyir ki, ayağım çox pisdir. Ağrım var, gəlib həkimə apara bilərsən?". 4 il əvvəl əməliyyat olunmuşdu.
Bacım işdən gəldi, getdik nənəmin yanına, görək əməliyyat olunan ayağında problem var deyib, vəziyyət necədir. Oraya çatanda xanım qapını açdı, oğlu otaqların birində oturmuşdu. Otaqlardan birini ona veriblər. Qapını açanda qadının üz ifadəsindən anladım, gəldiyimiz üçün heç də məmnun deyildi. İçəri girdik, nənəm sakitcə dedi: “Xoş gəldin, qızım” dedi.
Öncə nənəm qadın qarşısında olduğu üçün yaxşı olduğunu deyib, heç nə demək istəmədi. Ayağında və bədənindəki göyərmə izlərini görəndən sonra nənəm döyüldüyünü, işgəncəllərə məruz qaldığını etiraf etdi. Qadın isə döymədiklərini, yıxıldığını dedi.
Həkim nəzarətində olan nənəm özü artıq bu barədə polisə məlumat verib. Bildirilib ki, nənəmin huşu yerindədir".
Nilufər