
İstanbul Laləli dükanının sahibi kirayə haqqını 5 min lirədən 112 min lirəyə qaldırmaq istəyib.
32gun.az Türkiyə KiV-nə istinadən bildirir ki, xahişi qəbul olunmayan mağaza sahibi qəribə üsula əl atıb.
Mağazadakı icarədar azərbaycan əsilli Günay Rüstəmovanın iddiasına görə, mülkün sahibi M.Ş, iyun ayında 5 min lirə olan kirayə qiymətini 6 min dollara - yəni indiki dolların məzənnəsi ilə təxminən 112 min lirəyə qaldırmaq istəyib. O yeni təkliflə razılaşmayan zaman mülk sahibi icarədarı çıxarmaq üçün müxtəlif yollara əl atıb.
Dükan sahibi əvvəlcə iyul ayında elektrik enerjisini kəsərək mağazadakı satışın qarşısını almaq istəyib. Rüstəmova dükanı işıqlandırmaq üçün akkumulyatorlardan istifadə etməyə başlayıb. Sentyabrdan isə mülk sahibi ona məxsus olan yuxarı mərtəbənin döşəməsini deşərək mağazanın tavanında deşiklər açıb. Müştərilərin dükana gəlməsin deyə bu deşiklərə sarımsaqlı su, yağ və ağardıcı tökməyə başlayıb
Bu səbəbdən mağazaya ciddi maddi ziyan dəyib, satışdakı paltarlar yararsız hala düşüb. Günay Rüdtəmova təxminən 100 min lirə zərər dəydiyini bildirib.
Nilufər