DÜNYA ÖZ XƏBƏR

Nişanlısının keçmiş sevgilsini qısqanan qadın görün nə etdi - Rəfiqəsi də işə qarışıb

Konyanın Səlcuqlu rayonundakı iqamətgahında keçmiş sevgilisi Demet Aydını qaçıraraq işgəncə verdiyi iddiası ilə 41 ilə qədər həbs cəzası alan Murat Dəmirçi, nişanlısı Sara Dəmir və rəfiqələri Tuğba Dəmirçi barədə məhkəmə qərar verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, adıçəkilən şəxslər azadlığa buraxılıblar. Belə ki, 2022-ci il aprelin 8-də baş verən hadisədə 41 yaşlı Murat Demirci bir müddət sevgili olduğu keçmiş işçisi  Demet Aydınla görüşüb və Konyanın Səlcuqlu mahalının Kosova rayonundakı rezidensə getmək üçün avtomobillə yola düşüb. 

Bir müddət sonra avtomobilə Dəmirçinin nişanlısı 24 yaşlı Sara Dəmir  və rəfiqəsi  Tuğba Dəmirci miniblər. İki qadının Demet Aydının əllərini paltar ipi ilə bağlayıb. 

Rezidensə aparılan Demet Aydın bildirdiyinə görə, burada 2 saat işgəncəyə məruz qalıb. Demet Aydın onların əlindən qaçdıqdan sonra polisə gedərək şikayət edib.

Saxlanılan şəxslər ifadələri alındıqdan sonra məhkəmə nəzarəti ilə sərbəst buraxılıblar.

Lakin çox keçməyib ki, Murat Dəmirçi, nişanlısı və rəfiqəsi yenidən tutulublar. Saxlanılan şəxslərin ifadələri alındıqdan sonra buraxılıblar. Məlum olub ki, şübhəlilər Murat Dəmirçinin digər keçmiş sevgilisi Merve Kayaya da elə həmin gün işgəncə veriblər. Yenidən nəzarətə alınan şübhəlilər həbs edilib.

Konya Respublika Prokurorluğunun Demet Aydına qarşı işgəncə, “azadlıqdan məhrum etmə”, “ünsiyyət sirrini pozma”, “təhqir”, “şəxsi həyatın toxunulmazlığının pozulması” iddiaları ilə bağlı hazırladığı iddianamədə Murata qarşı Dəmirçi, nişanlısı Sara Dəmir və rəfiqəsi  Tuba Dəmirçiyə "qəsdən xəsarət yetirmə", "zor tətbiq etməklə hədələmə və ya dələduzluq yolu ilə azadlıqdan məhrum etmə",  "mala ziyan vurma", "talan etmə" cinayətlərinə görə 41 ilə qədər həbs cəzası istənilmişdi. 

3-cü dəfə məhkmə qarşısəına çıxarılan şəxslər peşiman olduqlarını, bunu qısqanclıq zəminində etdiklərini dilə gətiriblər. 

Dövlət ittihamçısı cinayətin xarakterini nəzərə alaraq üç nəfərin həbsinin davam etdirilməsini istəyib. Məhkəmə kollegiyası isə sübutların böyük ölçüdə toplandığını bildirib və üç nəfərin həbsdə saxlanma müddətini nəzərə alaraq azadlığa buraxılmasına qərar verib.

Nilufər

Rezidanstaki işkence olayında yeni gelişme! 41 yıl hapsi istenen 3 sanık da tahliye edildi

Rezidanstaki işkence olayında yeni gelişme! 41 yıl hapsi istenen 3 sanık da tahliye edildi

Rezidanstaki işkence olayında yeni gelişme! 41 yıl hapsi istenen 3 sanık da tahliye edildi

Oxşar Xəbərlər