SİYASƏT
Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb
Ermənistan və Azərbaycan liderləri Alma-Ata bəyannaməsinə birmənalı olaraq sadiq olduqlarını bildiriblər.
32gun.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel Brüsseldə aparılan danışıqların yekunu haqqında bildirib.
"Liderlər 1991-ci il Alma-Ata Bəyannaməsinə və müvafiq olaraq Ermənistanın 29,8 min kvadrat kilometr və Azərbaycanın 86,6 min kvadrat kilometr ərazi bütövlüyünə birmənalı sədaqət ifadə ediblər. Yekun demarkasiya danışıqlar zamanı razılaşdırılacaq", - deyə o bildirib.