SİYASƏT
Ukrayna 7 yaşayış məntəqəsini azad etdi
Ötən həftə ərzində Ukrayna Müdafiə Qüvvələri Donetsk və Zaporojye vilayətlərində 7 yaşayış məntəqəsini azad edib.
32gun.az unikal-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general Aleksey Qromov bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri ölkənin 100 kvadrat kilometrdən çox ərazisinə nəzarəti bərpa edib.