Türkiyənin Adana şəhərində palet fabrikasında yanğın baş verib.
32gun.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Məlumata əsasən qısa müddətdə iş yerini bürüyən qatı tüstü nəticəsində ərazi tamamilə külə dönüb.
Əraziyə cəlb olunan yanğınsöndürmə qrupları alovu 2 saat ərzində söndürməyə müvəffəq olublar.
Yanğının başvermə səbəbi hələlik məlum deyil.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Aysel Şirinova