SOSIAL ÖZ XƏBƏR

Xəlil Babayevin şirkəti məhkəməyə verilib

"Bestprod" MMC  gömrükdə qayda pozduğu üçün məhkəməlik olub. 

32gun.az-ın məlumatına görə, sözügedən şirkət barəsində İnzibati Xətalar Məcələssinin 483-cü maddəsi ilə (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb.

Hazırlanmış protokol Yevlax Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə prosesi hakim Ruslan Əlizadənin sədrliyi ilə baş tutacaq. 

Bildirək ki, nizamnamə kapitalı 100 AZN olan "Bestprod" MMC-nin qanuni təmsilçisi Xəlil Babayev Əlimusa oğludur. 

Ayxan

Oxşar Xəbərlər