“Cengiz İnşaat Sanayii və Ticaret Anonim Şirkəti”nin Azərbaycandakı filialı məhkəməlik olub.
32gun.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə (Yol Hərəkəti Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb. Hazırlanmş protokol Nizami Rayonu Məhkəməsinə təqdim edilib. Məhkəmə işi hakim Mətanət Hacıyevanın sədrliyi ilə baş tutacaq.
Bildirək ki, “Cengiz İnşaat Sanayii və Ticaret Anonim Şirkəti” Türkiyənin aparıcı tikinti şirkətlərindən biridir, dünyanın ən böyük 250 tikinti şirkəti arasında yer alır. Şirkətin qanuni təmsilçisi Asım Cengizdir.
Ayxan