FETÖ universitet və kollec tələbələrini öz təşkilatlarına daxil etmək üçün onları təhdid edir.
32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə təşkilatın Pensilvaniya ştatındakı liderləri tələbələri öz evlərində qalmağa razı salmaq üçün onlara təlimat göndərib.
Terror üzvlərinin tələbələrdən kuryer kimi istifadə etmək məqsədi olduğu məlum olub.
Sözügedən təşkilatın evlərində tələbələrdən FETÖ lideri Fətullah Gülənin kitablarını oxuması, çıxış videolarına baxması, həmçinin təşkilata üzv olmayanların pul müqabilində təşkilata cəlb edilməsi öyrənilib.
FETÖ-çülərin ilk mərhələdə evlərində qalacaq tələbələrin kirayə müqabilində sənədləri imzalatdırdığı müəyyən edilib. Araşdırmalardan sonra məlum olub ki, onlar bu sənədlərlə sonradan təşkilatı tərk edən və ya evi tərk etmək istəyən tələbələri təhdid etmək üçün istifadə edib.
Hadisə ilə bağlı müvafiq nazirlik və qurumlara xəbərdarlıq edilib. FETÖ-nün bu fəaliyyətinin qarşısının alınması istiqamətində işlər gücləndirilib.
Aysel Şirinova