Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Xidməti istifadə üçün sedan tipli minik avtomobillərinin satın alınması ilə bağı elan etdiyi tenderin qalibi bəlli olub.
32gun.az xəbər verir ki, müsabiqənin qalibi "Toyota Absheron Merkezi" MMC olub.
Tərəflər arasında 523.600 AZN-lik müqavilə imzalanacağı gözlənilir.
Müqaviləyə əsasən qalib şirkət agentlik üçün göstərilən məbləğə 8 ədəd Sedan tipli minik avtomobili almalıdır.
Xatırladaq ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovdur.
Ayxan