HADİSƏ
Azərbaycanda 10 yaşlı uşaq qəfil ÖLDÜ
Gəncə şəhərində uşaq vəfat edib.
32gun.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Qəsəbə adlanan ərazisində qeydə alınıb.
2012-ci il təvəllüdlü Ə.Əliyevin qəflətən baş vermiş qıcolma səbəbindən səhhəti ağırlaşıb.
Təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.