Məşhur müğənni klipə çəkildiyi bu şəxslə sevgilidir? - Özü AÇIQLAYIB
Məşhur ukraynalı müğənni Roman Skorpion və sənətçi Tonya Matvienko bu yaxınlarda birgə klipə çəkiliblər və burada sevgili cütlüyü ifa ediblər.
Bundan sonra internetdə Matvienkonun Arsen Mirzoyanla evli olmasına və onunla Nina adlı bir qız böyütməsinə baxmayaraq, onların ekran sevgisinin gerçək sevgiyə çevrildiyi barədə şayiələr yayılmağa başlayıb.
Uzun müddət nə Tonya, nə də Roman bu söz-söhbətlərə münasibət bildirməsə də, indi müğənni bu mövzuda danışmaq qərarına gəlib.
32gun.az TSN-ə istinadən xəbər verir ki, Skrarpion Matvienko ilə münasibət haqqında şayiələrə kəskin reaksiya verib. O, ictimaiyyəti bu mövzunu müzakirə etməyi dayandırmağa və onlara şəxsi həyatlarına sahib olmaq imkanı verməyə çağırıb.
"Tonya Matvienko ilə münasibətimiz indi sosial şəbəkələrdə aktiv şəkildə müzakirə olunur. Xüsusilə, guya eksklüziv məlumatlar və bizim özümüzün belə bilmədiyimiz təfərrüatları yayan ictimaiyyət. Bilirsiniz, Tonya və mən böyüklərik və həyatımızla məşğul olacağıq. şərhləriniz olmadan sizə şəxsi həyatınıza diqqət yetirməyi məsləhət görürəm”- deyə o qeyd edib.
Nilay