MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Alla Puqaçovanın stilisti qəfil dünyasını dəyişib

"Məşhur stilist Corc Rovalsın 59 yaşında vəfat edib.

Corc Tbilisidə, xəstəxanada ölüb"

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bununla stilistin dostu Yuma Maksimova məlumat verib.

O qeyd edib ki, beyində qanaxma var idi.

"Bu gün hər şeyin sonu olub.

Qan şəkəri yüksəlib, təzyiqi qalıb George xəstəxanaya aparılıb. Lakin onu xilas edə bilməyiblər. Heç kim gözləmirdi ki, belə parlaq şəxsiyyətin belə faciəvi sonluğu ola bilər". 

Alla Puqaçova, Tamara Qverdtsiteli, Əzizə və digər ulduzlarla işləməsi ilə tanınan stilist Kutaisidə dəfn olunacaq. Dəfn mərasiminin şənbə günü keçiriləcəyi gözlənilir.

Nilay 

 

 

 

Oxşar Xəbərlər