MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
Məhkəmə xarici agentlər siyahısına salınmasının qanuniliyini tanıyıb
Moskvanın Zamoskvoretski Məhkəməsi komediya ustası Danila Popereçnidən xarici agent statusunu ləğv etməkdən imtina edib.
32gun.az bildirir ki, bu barədə TASS məlumat yayıb.
Məhkəmə onun xarici agentlər siyahısına salınması qərarını qanuni tanıyıb.
Sentyabrın 16-da Popereçnı xarici agent statusu ilə bağlı Moskvanın Zamoskvoretski məhkəməsinə müraciət edib.
İyun ayında Ədliyyə Nazirliyi Popereçnini xarici agent kimi tanıyıb . Nazirliyin məlumatına görə, komediyaçı xarici strukturlara nəzarət edən, həmçinin xarici agentlərin mesaj və materiallarını yaradan informasiya platformalarında respondent olub, SVO-ya və Rusiya hakimiyyətinin hərəkətlərinə qarşı çıxıb.
Hazırda Poperechny Rusiya Federasiyasından kənarda yaşayır.
Ayxan