MƏDƏNİYYƏT - ŞOU

Rafet El Romanın Gəncədəki konsertinin biletləri satışa çıxarıldı - FOTO

Xəbər verdiyimiz kimi, Tanınmış türkiyəli müğənni Rafet El Romanın təxirə salınmış Gəncə konsertinin dəqiq tarixi bəlli olub. Türk pop musiqisinin məşhur ifaçısı Gəncə şəhərinə 19 oktyabrda gələcək. Sənətçi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək.

32gun.az xəbər verir ki, konsertin biletləri iTicket-də satışa çıxarılıb.

Konsertləri üçün nəzərdə tutulan biletlərin sayı məhdud, qiyməti isə 50-100 AZN-dir. 

Xatırladaq ki, Konsertin təşkilatçısı iş adamı Emin Hüseynovdur. 

 

Oxşar Xəbərlər