DÜNYA

Ukraynada neft anbarı partladıldı: Güclü yanğın başlayıb - VİDEO

Ukraynanın şimal şərqində yerləşən Sumı vilayətinin Axtırka şəhərində neft anbarında güclü partlayış baş verib.  

32gun.az xəbər verir ki, bu barədə Sumı vilayətinin regional dövlət administrasiyasının rəhbəri Dmitri Jivitski öz “Telegram” kanalında məlumat verib.

O qeyd edib ki, neft anbarı Rusiya ordusunun hücumu nəticəsində partladılıb.

O, həmçinin əlavə edib ki, hadisə yerində güclü yanğın başlayıb.

Oxşar Xəbərlər