“Bu, 1990-cı illərdəkindən daha pis olacaq" - Kuleba
Rusiyada sanksiyalara görə avtomobillər və digər avadanlıqlar bahalaşacaq.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba əmindir ki, Qərbin Rusiya Federasiyasına tətbiq etdiyi yeni sanksiyalar rusların yoxsullaşmasına, işsizliyə, hiperinflyasiyaya, qıtlıq və növbələrə gətirib çıxaracaq.
32gun.az UNİAN-a istinadən xəbər verir ki, Kuleba bu barədə rusdilli KİV-lər üçün rus qoşunlarının Ukraynaya davam edən işğalı ilə bağlı onlayn brifinq zamanı bildirib.
"Bu cinayətə görə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar təkcə oliqarxlara şamil edilmir. Putinin hərəkətlərinə görə hər bir Rusiya vətəndaşı onları birinci tərəfdən hiss edəcək. Müasir texnologiyaya çıxışın itirilməsi, əmanətlərin dəyərsizləşməsi, işsizlik, hiperinflyasiya, qıtlıq və növbələr. Pensiyaçılar üçün daha da çətinləşəcək, gənclər gələcəklərini itirəcəklər. Cəmi bir neçə gün ərzində Putin bütün böyük ölkənizi məhz o 90-cı illərə qaytardı, siz ruslar oradan həmişəlik qaçmaq istəyirdiniz. Düzdür, indi o vaxtdan qat-qat pis olacaq”, - Kuleba bildirib.
"2022-ci il fevralın 24-nə qədər, Ukraynaya qarşı işğalçı müharibə başlamazdan əvvəl yaşadığınız həyat səviyyəsi artıq olmayacaq. Və yoxsullaşma, gecikmələr, əmək haqqı və ödənişlərdə azalmalar, iş yerlərinin ixtisarı, investisiyaların ixtisarı olacaq və s". - nazir bildirib.
Nurlan Şiraliyev