Martın 19-da Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Bahar, istəklimsən başdan, binadan!” adlı ümumrayon tədbiri keçirilib.
32gun.az-ın məlumatına görə, qəribə olan isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun sözügedən tədbirdə iştirak etməməsidir.
Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Məmməd Alıyev, icra aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri, gənc könüllülər, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin işçiləri, şəhid ailələri, qazilər, gənclər, rayon ictimaiyyəti, KİV nümayəndələri iştirak ediblər.
Amma Rəcəb Babaşov bayramı rayon sakinləri ilə yox, öz ailəsi ilə keçirməyi üstün tutub. Sakinlər də öz icra başçıları olmadan tonqal ətrafında dövr etmək məcburiyyətidə qalıblar.
Ayxan