Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşov təxminən 20 gündür ki, rayonda yoxdur.
32gun.az-a daxil olan şikayətdə bildirilir ki, rayon sakinləri bir müddətdit onun qəbuluna düşməyə çaışsa da mümkün olmur.
Redaksiyamıza daxil olan məlumatda Rəcəb Babaşovun səhhətində ciddi problem yarandığı iddia edilib. Bu səbəbdən o ölkə xaricinə çıxıb.
Məsələ ilə bağlı Qazax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
İcra hakimiyyətindən bildirib ki, rayon başçısı Rəcəb Babaşov bir müddətdir ki, məzuniyyətdədir.
"Rəcəb müəllim məzuniyyətdədir. O gələn həftə qayıdacaq".
Səhhəti ilə bağlı isə heç bir məlumat verilməyib.
Ayxan