DÜNYA ÖZ XƏBƏR

Dubay üzərində səmada qeyri-adi alov topunu görülüb

Dubay səmasında NLO şübhəsi: Rusiyalı turistlər odlu top müşahidə ediblər

Rusiyalı turistlər Dubayda istirahət zamanı səmanın qəribə mənzərəsinə şahid olublar.

32gun.az SHOT-a istinadən xəbər verir ki , oteldə axşam yeməyi zamanı göydə alışıb parlayan odlu top görüblər. Onların sözlərinə görə, bu parlaq işıq sanki ulduz kimi yerə doğru düşürmüş və 30–40 saniyə ərzində göydə iz buraxaraq qəfil yox olub.

"Göydə parlaq bir işıq peyda oldu, ulduz kimi düşürdü. İzi uzun çəkdi, sonra isə qəfil itdi," – deyə şahidlərdən biri bildirib.

Hadisənin baş verdiyi axşam BƏƏ-də heç bir partlayış və ya fövqəladə hadisə qeydə alınmayıb. Mütəxəssislər hadisənin ehtimal ki, atmosferdə yanan meteoritlə bağlı ola biləcəyini bildirirlər.

Xatırladaq ki, buna bənzər müəmmalı bir hadisə 1989-cu ildə Afrikanın cənubunda baş vermişdi. Yerli sakinlər torpağın altında mənşəyi bilinməyən, uçan aparata bənzər bir obyekt aşkarlamışdılar. Həmin cismin təbiəti bu günə qədər məlum deyil.

Ayxan 

.

.

.

 

Oxşar Xəbərlər