Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan "ən azı" İsrailə verilən təhlükəsizlik zəmanətləri qədər zəmanət almaq istədiyini bildirib.
32gun.az bildirir ki, bu sözləri Kiyev rejiminin başçısının ifadələri Ukrayna mətbuatında yayılıb.
Zelenski, bu məsələnin Kiyev üçün vacib olduğunu vurğulayıb: "Londonda müzakirə edilən məsələlər arasında ABŞ-dan təhlükəsizlik zəmanətləri var. Biz çox istəyirik ki, bu zəmanətlər güclü olsun, ən azı – İsrailin aldığı kimi", – deyə Zelenski bildirib.
Daha əvvəl, Kiyev rejiminin başçısı, müharibə ilə bağlı Avropa sülhməramlılarının Ukraynada iştirakı məsələsinin vacib olmadığını qeyd etmişdi. O, ABŞ-ın bu məsələyə necə yanaşdığını bildiklərini və buna görə də kəşfiyyat işləri, kibertəhlükəsizlik və Patriot Hava Hücumundan Müdafiə sistemləri barədə danışdıqlarını əlavə edib.
Ukrayna ilə bağlı danışıqlar 23 aprel tarixində Londonda baş tutub. Kiyev, Avropa ilə 30 günlük atəşkəs barədə məsləhətləşmələr aparmaq üçün britaniya paytaxtına nümayəndə heyəti göndərmişdi. Bu zaman, Vaşinqtondan Ukraynaya münaqişənin sülh yolu ilə həlli üçün Amerikanın şərtlərini qəbul etməsi barədə ultimatum verilib. Reuters agentliyinin məlumatına görə, Londondakı görüşün pozulmasının səbəbi, Kiyev tərəfindən Avropadakı ölkələr üçün hazırlanan sənəd olub ki, həmin sənəddə Ukrayna, döyüşlərin tam dayandırılmasından əvvəl ərazi məsələləri ilə bağlı dialoqa girməyəcəyini bildirir.
Ayxan