
Xəbər verdiyimiz kimi, Kiprin cənubunda yerləşən Limasol şəhərində keçirilən xüsusi əməliyyat zamanı Azərbaycan vətəndaşı terror və casusluq şübhəsi ilə saxlanılıb.
32gun.az xəbər verir ki, həmin şəxsin İran İnqilab Keşikçiləri ilə mümkün əlaqələri araşdırılır.
Məlumata əsasən, saxlanılan şəxs həm də Böyük Britaniya vətəndaşlığına malikdir. Polis onun yaşadığı Zakaki bölgəsindəki, Britaniya hərbi bazalarına yaxın ərazidə yerləşən mənzildə axtarış aparıb. Nəticədə mobil telefon, kompyuter, sənədlər və müxtəlif elektron cihazlar götürülüb.
Şənbə günü şübhəli şəxs ciddi təhlükəsizlik tədbirləri ilə Limasol Qəza Məhkəməsinə çıxarılıb. Məhkəmə işi işin məxfiliyinə görə qapalı qapılar arxasında keçirilib. Daha sonra o, ifadə vermək üçün Lefkoşaya aparılıb. Lakin istintaq məlumatlarına görə, saxlanılan şəxs məsələ ilə bağlı ətraflı açıqlama verməkdən imtina edib.
Ayaz