.webp)
Yekaterinburqda saxlanılan azərbaycanlılarla bağlı məhkəmə keçirilir – Diaspor rəhbəri də oradadır
Bu gün Yekaterinburq Leninski Rayon Məhkəməsində saxlanılan azərbaycanlılar – Bəkir Səfərov və Şahin Lalayevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçiriləcək.
32gun.az xəbər verir ki, Rusiya mediasında yayılan məlumatlara əsasən, prosesə onlarla həmyerlimiz qatılıb. Onların arasında hüquqşünaslar, diaspor fəalları və diplomatlar da yer alır.
Xüsusi diqqət çəkən məqamlardan biri isə Azərbaycan diasporunun tanınmış simalarından biri, diaspor təşkilatının rəhbəri Şahin Şıxlinskinin də məhkəmə binasına gəlməsi olub. O, həmvətənlərinə dəstək vermək üçün bölgəyə şəxsən gəlib və prosesin gedişini yaxından izləyir.
Məlumatlara görə, hazırda məhkəmə binası qarşısında 20-30 nəfərlik dəstək qrupu toplaşıb və bu sayın daha da artacağı gözlənilir.
Artan maraq və ehtimallar fonunda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda Rusiya təhlükəsizlik qüvvələri azərbaycanlılara qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. Bir neçə nəfərin həlak olduğu əməliyyat nəticəsində Ayaz, Akif və Məzahir Səfərovlar da daxil olmaqla bir neçə nəfər saxlanılıb.
Məhkəmə prosesi qapalı rejimdə keçiriləcək.
Ayaz