ÖZ XƏBƏR

Türkiyədə Azərbaycanlı gəncə polis müdaxilə etdi - Sevgilisinin yanan evdə olduğunu zənn edib...

Çorum şəhərində 4 mərtəbəli binanın sonuncu mərtəbəsində güclü yanğın baş verib.

32gun.az xəbər verir ki, hadisə Bahçelievler məhəlləsində, Azərbaycan vətəndaşı 25 yaşlı Ariz Mahmudovun yaşadığı mənzildə qeydə alınıb.

Yanğının səbəbi hələ ki məlum deyil. Əraziyə dərhal polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. Hadisə yerinə gələn yanğınsöndürənlər evdə kimsə ola biləcəyi ehtimalı ilə qapını sındıraraq içəri daxil olublar.

Bu zaman ev sahibi Ariz Mahmudov sevgilisinin evdə olduğunu zənn edərək, alovların içində qalan mənzilə daxil olmağa cəhd göstərib. O, yanğınsöndürənlərin nərdivanı ilə yuxarı çıxmaq istəyib. Lakin polis əməkdaşları onun həyatı üçün təhlükə yarandığını nəzərə alaraq Mahmudovu güc tətbiq edərək nərdivandan endirib və ərazidən uzaqlaşdırıb.

Yanğın qısa müddətdə nəzarət altına alınıb. Əməliyyat zamanı evin içində heç kimin olmadığı müəyyən edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ayaz 

Oxşar Xəbərlər