SOSIAL

Ötən həftə “Milyonçu”da 8 min qazanmışdı, bu gün dələduzluğa görə həbs olundu - VİDEO

Bu gün Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində insanları xaricdə işə düzəltmək adı altında dələduzluq ittihamı ilə həbs edilən 26 yaşlı Yusif Abduallayev haqqında maraqlı faktlar üzə çıxıb.

“Yeni Sabah” xəbər verir verir ki, o, ötən həftə “Milyonların şousu” verilişində iştirak edib.

Yusif Abdullayev verilişə həyat yoldaşı ilə birgə qatılıb və 8 min manat pul mükafatı qazanıb. 

Sonuncu suala tərəddüdlə yanaşan iştirakçı yarışmadan geri çəkilməyib.

Qeyd edək ki, Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Dələduzluq faktı ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

***12:55

İnsanları xaricdə işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 26 yaşlı Yusif Abdullayev və 24 yaşlı Emil Malayev saxlanılıblar. 

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Onların saxlanılması əməliyyatını Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları keçirib.  

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birində ofis icarəyə götürərək xaricdə iş elanları verməyə başlayıblar. Onlar zərərçəkənləri Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Avropa ölkələrində müxtəlif vəzifələrdə işlə təmin edəcəkləri vədini verərək aldadıblar. Y.Abdullayev və E.Malayev bu yolla 20-dən çox zərərçəkənin müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçiriblər.

Faktlarla bağlı Nəsimi RPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar Xəbərlər