DÜNYA ÖZ XƏBƏR

Taylandda rus turist dənizdə itib: güclü dalğalar axtarışları çətinləşdirir

Taylandın Pxuket adasında rusiyalı turist dənizdə çimərkən itib.

32gun.az xəbər verir ki, bu barədə RIA Novosti sığorta xidmətinə istinadən məlumat yayıb.

31 yaşlı Dmitri adlı kişi Naithon çimərliyində dostları ilə birlikdə üzməyə gedib. Bir müddət sonra o, dostlarının gözü qarşısında suyun altında yoxa çıxıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub və axtarış-xilasetmə işlərinə başlanılıb. Lakin bölgədə dalğaların çox güclü olması səbəbindən axtarış prosesinin çətinləşdiyi bildirilir. Qeyd olunur ki, hazırda regionda yağış mövsümü davam edir və yüksək dalğalar səbəbindən dənizdə üzmək təhlükəlidir.

Sığorta şirkətinin əməkdaşları turistin ailəsi ilə əlaqədə olduqlarını və bütün öhdəlikləri yerinə yetirəcəklərini açıqlayıblar.

Bundan əvvəl isə Türkiyədə Rusiya vətəndaşı olan qadının itkin düşdüyü xəbəri yayılmışdı. Qadın oğluyla istirahət üçün ölkəyə getmiş, lakin “siqaret almağa gedirəm” deyərək oteli tərk etdikdən sonra geri qayıtmamışdı. Daha sonra onun bir gün əvvəl tanış olduğu kişi ilə oteldən ayrıldığı müəyyənləşdirilmişdi.

Nilay 

Oxşar Xəbərlər