KRİMİNAL
Bakı polisi hərəkətə gətirən növbəti OLAY: Məşhur yanacaqdoldurma məntəqəsinə basqın edildi
Bakıda yanacaqdoldurma məntəqəsində quldurluq hadisəsi olub.
32gun.az xəbər verir ki, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən "Lukoil" yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Naməlum şəxs sübh tezdən saat 4 radələrində burada operator işləyən Səfərzadə Orxan Sultan oğlunu bıçaqla hədələyərək 250 manatını alıb. Daha sonra o, qaçaraq ərazini tərk edib.
Faktla bağlı cinayət işi başlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Əliyev Əli İbrahim oğlu saxlanılıb.
****