DÜNYA ÖZ XƏBƏR

İsveçdə islam növbəti dəfə təhqir olundu - İçərisində təhdidlər yazılmış 3 Quran tapıldı (FOTO)

İsveç və Danimarkada Qurani-Kərimin yandırılmasına reaksiyalar davam edərkən, daha bir qalmaqal yaşanıb.

İsveçin Karlskrona bölgəsinin Ronneby rayonunun müxtəlif yerlərində üzərində və içərisində təhqirlər yazılmış 3 Quran kitabı tapılıb.

32gun.az bildirir ki, bu barədə İsveç dövlət televiziyası SVT məlumat yayəıb.

Kanalın xəbərinə görə, üzərində ölüm təhdidi yazılmış Qurani-Kərimin avtobus dayanacağında, digər ikisi isə ictimai yerlərdə tapılıb.

Xatırladaq ki, Danimarkanınbunu sağçı ekstremist “Sərt Kurs” partiyasının lideri Rasmus Paludan yanvarın 21-də Stokholmda yerləşən Türkiyə Səfirliyi qarşısında Qurani-Kərimi yandırmışdı. Etiraz aksiyası zamanı izdihamlı polis müdafiəsi nəticəsində heç kimin Paludana yaxınlaşmasına icazə verilməmişdi. 

Paludan həmçinin yanvarın 27-də Danimarkada məscidin qarşısında və Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırıb.

İsveç hökumətinin Paludanda Quran yandırmağa icazə verməsinə Türkiyə başda olmaqla bir çox İslam ölkəsindən sərt reaksiya verilib. 

Nilufər 

Oxşar Xəbərlər