
Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Hatay vilayətində baş verən zəlzələ zamanı 6 nəfər həyatını itirib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, zəlzələ zamanı dünyasını dəyişən 5 nəfərlə bağlı ürəkdağlayan fakt ortaya çıxıb.
Məlumata görə, həyatını itirən 5 nəfər 16 gün öncə Kahramanmaraşda baş verən zəlzələlər zamanı dağıntılara məruz qalan binalara daxil olub. Bildirək ki, onlar əşyalarını götürmək üçün girdikləri binanın dağıntıları altında qalaraq dünyasını dəyişiblər.
Qeyd edək ki, ötən gecə baş verən zəlzələlər zamanı 18-i ağır olmaqla 294 nəfər yaralanıb.
Nurlan Şiraliyev