DÜNYA ÖZ XƏBƏR

Məşhur kimyaçı alim vəfat etdi

Nobel mükafatı laureatı biokimyaçı Pol Berq 96 yaşında vəfat edib.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, kimyaçı Kaliforniyadakı Stanford Universitetinin kampusundaki evində dünyasını dəyişib.

Bildirək ki, Pol Berq 30 iyun 1926-cı ildə ABŞ-ın Bruklin şəhərində yəhudi ailəsində anadan olub.

Qeyd edək ki, o, rekombinant DNT texnologiyası üzərində apardığı araşdırmalara görə 1980-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülüb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər