
Hatayda zəlzələ zamanı dağılan dəbdəbəli bina ilə bağlı şok iddia ortaya çıxıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, iddiaya görə uçan binanın birinci mərtəbəsinin sütunları kəsilərək, hovuz tikilib. Binanın dağılmasına səbəb kimi, sütunların kəsilməsi göstərilib.
Bildirək ki, dağıntıya məruz qalan binada çox sayda insan həyatını itirib.
Qeyd edək ki, binanın podratçısı zəlzələ baş verən günün sabahı yoxa çıxıb.
Nurlan Şiraliyev