
Məşhur aktyor Culian Sands ötən ay qarlı dağlarda təbiət gəzintisinə çıxıb, lakin bir daha geri qayıtmayıb.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, ailəsi və dostları hadisə ilə bağlı polisə məlumat verib.
Hərəkətə keçən qruplar aktyoru bir aya yaxındır ki, axtarır.
Qeyd edək ki, Oskar mükafatına namizəd olan “A Room with a Wiev” filmi də daxil olmaqla, bir çox film və seriallarda kamera qarşısına keçən britaniyalı aktyor Culian Sands yanvarın 13-də Kaliforniyada gəzintiyə çıxdığı San Qabriel dağlarında yoxa çıxıb. 65 yaşlı futbolçunun axtarışları əlverişsiz hava şəraiti səbəbindən vaxtaşırı kəsilsə də, hələ də davam edir.
Ayxan